Hesablama Palatası Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanunun qəbulunun gecikdiyini bir daha İqtisadiyyat Nazirliyinin yadına salıb.
Yurd.Media xəbər verir ki, bu barədə Palatanın "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın "Yeni özəlləşdirmə strategiyasının həyata keçirilməsi" adlı fəaliyyət istiqamətində dövlət əmlakının özəlləşdirilməsinə və idarəetməyə verilməsinə dair yeni qanun layihəsinin 2023-cü ildə hazırlanması və qəbulu nəzərdə tutulsa da, indiyə qədər bu tədbir icra edilməyib. Bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyidir.
Palata bundan əvvəl eyni məsələni "2025-ci il dövlət büdcəsi haqqında", "2024-cü il dövlət büdcəsinin icrası haqqında" və "2024-cü il dövlət büdcəsi haqqında" qanun layihələrinə verdiyi rəydə qaldırıb.