SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Ən yoxsul və ən zəngin əhalinin aylıq xərcləri arasında fərq cəmi 2,5 dəfədir? - ŞƏRH

Ən yoxsul və ən zəngin əhalinin aylıq xərcləri arasında fərq cəmi 2,5 dəfədir? - ŞƏRH

  • 24 fevral 2026, 15:07

Beynəlxalq Valyuta Fondunun ekspertlərinin iqtisadi artımla bağlı son dövrlər hazırladığı analitik materillarından birində maraqlı bir məqam var. 

Bunu iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. 

“Ölkələrin "orta gəlir tələsi"ndə ilişib qalmasının səbəbləri yalnız yüksək gəlir yaradan sektorlar, ixrac yönümlü məhsul və xidmətlər yaratmaq potensialının zəif olması, makroiqtisadi sabitliyi (ilk növbədə aşağı inflyasiya) təmin edə bilməməsi ilə bağlı deyil. Bunlardan əlavə, ifrat bərabərsizlikdən qaça bilmək vacibdir - həm sosial, həm də iqtisadi bərabərsizlik.

Bizdə rəsmi statistika bərabərsizliyi gizlətmək üçün əlindən gələn hər şeyi edir. Küçələrində 5 min və 1 milyon manatlıq avtomobillərin paralel şütüdüyü, saytlarında 50 min manatlıq mənzillərlə 5 milyon manatlıq villaların satış elanlarının bərabər verildiyi, paytaxtında pulsuzluqdan övladını gündəlik pulsuz dövlət məktəbinə göndərə bilməyən ailələlərlə 2 uşağını birdən 15-20 min manatlıq özəl məktəblərə göndərən ailələrin bərabər yaşadığı ölkənin Dövlət Statistika Komitəsi deyir ki, ən yoxsul və ən zəngin əhalinin aylıq xərcləri arasında fərq cəmi 2,5 dəfədir”, - deyə o qeyd edib. 

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları