Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyi barəsində protokol tərtib edilib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Dövlət Gömrük Komitəsi Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, “Azneft” İstehsalat Birliyinin ünvanına göndərilən xam neft adlı yük Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsində gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc gömrük proseduru altında rəsmiləşdirilib.
Lakin yuxarıda qeyd olunan gömrük bəyannaməsi əsasında müvəqqəti saxlanca yerləşdirilmiş yüklərin saxlanc müddətinin bitməsinə baxmayaraq şirkət tərəfindən rəsmiləşdirilməyib və ya digər gömrük prosedura altında yerləşdirilməyib.
Bu səbəbdən də birliyin barəsində İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə protokol tərtib edilib.
Səbail Rayon Məhkəməsinin hökmü ilə “Azneft” İstehsalat Birliyi 300 manat cərimə edilib.
Qeyd edək ki, “Azneft” İstehsalat Birliyi bundan əvvəl də analoji qayda pozuntularına görə dəfələrlə cərimələnmişdi.