SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
“Dövlət auditi” informasiya sistemi niyə yaradılıb? - Ekspert açıqladı

“Dövlət auditi” informasiya sistemi niyə yaradılıb? - Ekspert açıqladı

  • 17 avqust 2026, 16:09

"Yeni sistemin məqsədi Palatanın ali audit və büdcə prosesində iştirakının keyfiyyətini artırmaqdır"

Yurd.Media xəbər verir ki, maliyyəçi-ekspert Namiq Hüseynov "Azərtac"a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin “Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” imzaladığı Fərmanla yaradılacaq “Dövlət auditi” informasiya sistemi (DAİS) kənar dövlət maliyyə nəzarətinin rəqəmsallaşdırılmasına hesablanıb.

“Son illər Azərbaycanda dövlət maliyyəsinin səmərəli idarə edilməsi istiqamətində bir sıra addımlar atılır. Məsələn, ötən il Maliyyə Nazirliyinin nəzdində “Rəqəmsal dövlət maliyyəsi” informasiya sistemi yaradılıb. Bu sistemin sayəsində sənəd dövriyyəsi sürətlə elektronlaşdırılır, nazirliyin fiziki və hüquqi şəxslərlə əlaqələrində operativlik və şəffaflıq təmin edilir. İndi isə eyni addım Hesablama Palatası ilə bağlı atılır. Yeni informasiya sistemi palataya rəqəmsal texnologiyalardan, o cümlədən informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə sənəd və məlumatları elektron şəkildə mübadilə və emal etməyə imkan verəcək, resurslara qənaət, operativlik və şəffaflıq təmin olunacaq”, - deyə ekspert əlavə edib.

N.Hüseynov qeyd edib ki, DAİS-in Əsasnaməsində qeyd olunduğu kimi, onun məqsədi palatanın ali audit və büdcə prosesində iştirakının keyfiyyətini artırmaq, dövlət maliyyəsinin idarə edilməsinə töhfə verməkdir.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları