"Principal" MMC Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan edilmiş kotirovka sorğusunun qalibi olub.
Yurd.Media xəbər verir ki, bu barədə dövlət satınalmalarının vahid internet portalında bildirilir.
Sənədə əsasən, tərəflər arasında 1 000 manatlıq satınalma müqaviləsi imzalanıb.
Ötən il Dövlət Agentliyinə audit xidmətini "Azəruçot" MMC göstərib və 2,4 min manat xidmət haqqı alıb.