SÜJET

Bank Süni intellekt Böyük Qayıdış Sülh gündəliyi Erməni hərbi cinayətkarların məhkəməsi
Bu il Azərbaycanda 5 faizlik inflyasiya gözlənilir

Bu il Azərbaycanda 5 faizlik inflyasiya gözlənilir

  • 21 yanvar 2026, 20:27

Bu il Azərbaycanda orta illik inflyasiya 4,8 % olacağı gözlənilir.

Yurd.Media xəbər verir ki, bu barədə"Moody`s" beynəlxalq reytinq agentliyinin proqnozunda bildirilir.

"Moody`s"in qiymətləndirmələrinə görə, 2025-ci ildə Azərbaycanda orta illik inflyasiya 2024-cü ildəki 2,2 %-ə qarşı 5,2 % təşkil edib.

Agentliyin gözləntilərinə əsasən, 2026-cı ildə Azərbaycanda orta illik inflyasiya 4,8 %-ə, 2027-ci ildə isə 4 %-ə qədər yavaşlayacaq.

Qeyd edək ki, Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə istehlak qiymətləri 2024-cü illə müqayisədə 5,6 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 6,8 %, qeyri-qida məhsulları üzrə 2,5 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 6,5 % artıb.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları