SÜJET

Süni intellekt Bank Böyük Qayıdış Sülh gündəliyi Market araşdırması
Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış oldu

Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış oldu

  • 23 avqust 2026, 20:46

Avqustun 23-də Daşkənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın Özbəkistanda həyata keçirdiyi layihələrin açılış və təməlqoyma mərasimində onlayn formatda iştirak ediblər.

Yurd.Media xəbər verir ki, tədbir çərçivəsində "Davr Bank" (AR Beynəlxalq Bankı), Gips zavodu ("Matanat-A"), "Landau" adına STEAM (Science, Technology, Engineering, and Mathematics) iki məktəb ("Landau Education Group") layihələrinin açılışı olub.

Həmçinin SOCAR-ın beş yeni yanacaqdoldurma məntəqəsinin, "Sea Breeze Uzbekistan" yaşayış və istirahət kompleksinin ("Agalarov Development"), "Baku City" yaşayış kompleksinin ("TuranAZ"), Gümüş tərkibli filizin emalı üzrə zənginləşdirmə fabrikinin ("Sur Gold and Silver Project") və Meyvə bağlarının ("Gold Fresh Fruits") layihələrinin təməliqoyma mərasimi keçirilib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları