SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Azərbaycan hökuməti dividend ödənişi ilə bağlı proqnozunu azaldıb

Azərbaycan hökuməti dividend ödənişi ilə bağlı proqnozunu azaldıb

  • 04 noyabr 2025, 11:32

Azərbaycan hökuməti 2026-cı ildə səhmlərində dövlətin payı olan müəssisələrdən 600 milyon manat dividend toplamağı planlaşdırır.

Yurd.Media xəbər verir ki, bu barədə Hesablama Palatasının qanun layihəsinə verdiyi Rəydə bildirilir.

Sənədə əsasən, bu, 2025-ci illə müqayisədə 12,2 milyon manat və yaxud 2% azdır.

Gələn il dividend ödənişinin 450 milyon manatını Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirməlidir. Bu illə müqayisədə şirkətin dividend öhdəliyi 2,6% azaldılıb.

Qalan 150 milyon manat dividendi isə dövlətə məxsus “Azərbaycan Beynəlxalq Bankı” ASC təmin etməlidir. Bankın dividend öhdəliyi sabit saxlanılıb. Əvəzində dövlətə məxsus “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatının (BOKT) dividend öhdəliyi ləğv edilib.

Prime Leasing
SPE Annual Caspian