2025-ci ildə Azərbaycan hər ay orta hesabla 300 milyon ABŞ dolları dəyərində qeyri-neft-qaz məhsulları ixrac edib.
Bu barədə Yurd.Media-ya İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Beləliklə, ölkənin illik qeyri-neft-qaz ixracı 3,6 milyard dollar təşkil edib ki, bunun da 1,2 milyard dollarlıq hissəsi yeyinti məhsulları olub.