SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi
AZCON-un nəzarətindəki qurumlar bir-birinə 5 milyon dollar borc verdi

AZCON-un nəzarətindəki qurumlar bir-birinə 5 milyon dollar borc verdi

  • 30 dekabr 2025, 20:26

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətində olan iki qurum arasında borc müqaviləsi bağlanıb.

Yurd.Media "Report"a istinadən xəbər verir ki, "Bakı Gəmiqayırma Zavodu" MMC "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) 5 milyon ABŞ dolları faizsiz borc alıb.

Tərəflər arasında bununla bağlı müqavilə dekabrın 8-də imzalanıb.

Müqaviləyə əsasən, borc dekabrın 15-də verilib və 31 yanvar 2028-ci ilə qədər tam şəkildə qaytarılmalıdır.

Xatırladaq ki, hər iki müəssisə Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON) nəzarətindədir və borcun verilməsi onların əlaqəli tərəflər olması çərçivəsində baş tutub.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları