SÜJET

Daşınmaz əmlak Bank Sülh gündəliyi Süni intellekt Böyük Qayıdış
Qərb derbisi: Gəncə klubu Yevlaxda Tovuz təmsilçisinə uduzdu

Qərb derbisi: Gəncə klubu Yevlaxda Tovuz təmsilçisinə uduzdu

  • 19 dekabr 2025, 19:28
Yevlax

Azərbaycan Premyer Liqasında ilin son turuna Yevlaxda start verilib.

Yurd.Media xəbər verir ki, ilk oyun günündə səfərdə "Kəpəz"lə qarşılaşan "Turan Tovuz" 2:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda qolları Alexandro Serrano (6) və Joarlem Santos (47) vurublar.

"Turan Tovuz" hazırda 27 xalla 4-cü yerdə qərarlaşıb.. Hesabında 9 xal olan "Kəpəz" 12 komandanın sıralamasında onuncudur.

Qeyd edək ki, XVI tura dekabrın 22-də yekun vurulacaq.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları