SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Premyer Liqanın VII turuna Qəbələdə yekun vurulacaq

Premyer Liqanın VII turuna Qəbələdə yekun vurulacaq

  • 05 oktyabr 2025, 10:43
Qəbələ

Azərbaycan Premyer Liqasında VII tura bu gün yekun vurulacaq.

Yurd.Media xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.

Günün ilk matçında "Karvan-Yevlax" "Sabah"ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 8 xalla 6-cı pillədə qərarlaşıb. Bakı klubunun ehtiyatda bir oyunu var

Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası "Şamaxı" ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq. Meydan sahibləri 4 xalla 11-ci, qonaqlar 6 xalla 9-cudur.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Araz-Naxçıvan" "İmişli"ni (2:0), "Qarabağ" "Kəpəz"i (1:0), "Turan Tovuz" "Sumqayıt"ı (3:0) məğlub edib. "Zirə" - "Neftçi" oyununda isə qalib müəyyənləşməyib - 2:2.

Prime Leasing
SPE Annual Caspian