Azərbaycan Premyer Liqasının VI turunda bugün iki oyun keçirilib.
Yurd.Media xəbər verir ki, əvvəlcə "Şamaxı" öz meydanında "Araz Naxçıvan"la qarşılaşıb.
Görüş 1:1 hesabı ilə başa çatıb. 28-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Rüfət Abbasov fərqlənib. 78-ci dəqiqədə isə qonaqlardan Şarl Boli hesabı bərabərləşdirib.
"Araz Naxçıvan" 11 xalla ikinci, "Şamaxı" 6 xalla səkkizinci pillədə qərarlaşıb.
Daha sonra "Neftçi" "Karvan-Yevlax"la qarşılaşıb. "Neftçi Arena"da baş tutan görüş qolsuz heç-heçə nəticələnib.
Bu nəticədən sonra xallarının sayını 7-yə yüksəldən "Neftçi" 8-ci pillədə qərarlaşıb. "Karvan-Yevlax" isə 5 xalla 10-cu yerdədir.
Turun ötən gün keçirilən oyunlarında "Qarabağ" evdə "Qəbələ"yə qalib gəlib - 2:0. "Zirə" isə səfərdə "İmişli" ilə heç-heçə edib - 1:1.