Azərbaycan Premyer Liqasında gümüş medalın da sahibi dəqiqləşdi

Azərbaycan Premyer Liqasında gümüş medalın da sahibi dəqiqləşdi

  • 02 may 2025, 22:52

Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turuna start verilib.

Yurd.Media xəbər verir ki, açılış oyununda "Zirə" "Turan Tovuz"la qarşılaşıb.

Oyunun 48-ci dəqiqəsində "Zirə"nin heyətində Salifu Sumanın vurduğu qol yeganə olub - 1:0.

Avrokuboklara vəsiqəni əvvəlki turlarda təmin edən Rəşad Sadıqovun komandası xallarının sayını 67-yə çatdırıb.

Tovuz təmsilçisi 49 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 33-cü tura mayın 4-də yekun vurulacaq.