Futbol üzrə Azərbaycan Premyer Liqasının 33-cü turunda bu gün iki oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk oyununda Şamaxı şəhər stadionunda "Şamaxı" autsayder "Səbail"i qəbul edəcək.
Matç saat 17:00-da başlayacaq.
Hazırda 35 xala malik "Şamaxı" yeddinci sırada yer alıb "Səbail" isə 21 xalla sonuncudur.
Günün ikinci görüşündə isə üçüncü yer uğrunda mübarizə aparan "Araz-Naxçıvan" "Sabah"la oynayacaq. Qarşılaşma “Liv Bona Dea Arena"da saat 19:30-da başlayacaq.
Hazırda Naxçıvan təmsilçisi 54 xalla üçüncü, 40 xalı olan "Sabah" isə beşincidir.
Qeyd edək ki, turun açılış matçında "Zirə" evdə "Turan Tovuz"a 1:0 hesabı ilə qalib gəlib.