“Bakı Marafonu 2025”in qalibləri - türkiyəli və ukraynalı

“Bakı Marafonu 2025”in qalibləri - türkiyəli və ukraynalı

  • 04 may 2025, 12:57

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşib.

Yurd.Media xəbər verir ki, “Küləyə qalib gəl” şüarı ilə keçirilən marafonda kişilər arasında yarışın qalibi türkiyəli Atac Sezgin olub.

Rusiyalı Vitali Şafar finiş xəttini ikinci, Türkiyənin digər təmsilçisi Murat Emekdar isə üçüncü keçib.

Qadınların mübarizəsində isə ukraynalı Natalya Semenoviç qalib olub. Azərbaycanı təmsil edən Anna Yusupova ikinci, yaponiyalı atlet Eriko Soma üçüncü yerə layiq görülüb.

Qaliblərə pul mükafatları və medallar təqdim olunacaq. Qeyd edək ki, marafonda 28 minədək iştirakçı qeydiyyatdan keçib.