SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Zaqatala çaylarında sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb

Zaqatala çaylarında sululuq artıb, selə qarşı tədbirlərə başlanılıb

  • 26 aprel 2025, 20:47
Zaqatala

Zaqatala rayonu ərazisindən axan dağ çaylarında selə qarşı qabaqlayıcı tədbirlərə başlanılıb.

Yurd.Media xəbər verir ki, bu barədə "Report"a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən məlumat verilib.

Bildirilib ki, idarə tərəfindən çaylarda sahil-mühafizə işlərinə başlanılıb. Təsdiq olunmuş istismar planına uyğun olaraq çay yataqlarının təmizlənməsi və selə qarşı mübarizə tədbirləri paralel olaraq aparılır.

Qeyd olunub ki, rayon ərazisindən 7 ədəd çay keçir ki, həmin çayların sahillərində 45 km-ə yaxın sahil mühafizə bəndləri mövcuddur. Onlardan əkin sahələrinin, yaşayış məntəqələrinin mühafizə olunması məqsədilə 100 paqonometr uzunluğunda daş-beton bəndlər təmir olunub. Çaylarda isə buldozerlər və ekskavatorlar vasitəsilə torpaq valların və çay yatağının tənzimlənməsi sahəsində 236 min kbm-dən artıq həcmində müvafiq işlər görülüb. Hazırda ən təhlükəli çaylardan hesab olunan Muxaxçay sisteminin buldozerlərlə tənzimlənməsi davam edir.

Prime Leasing