Abşeron rayonunda piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Yurd.Media xəbər verir ki, hadisə rayonun Novxanı qəsəbəsi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, yolu keçmək istəyən 1967-ci il təvəllüdlü Ağababa Ağayevi "Opel" markalı minik avtomobili vurub.
Zərbənin təsirindən ağır xəsarətlər alan piyada hadisə yerində həyatını itirib.
Hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.