Bakının Yasamal rayonunda liftdə qalan şəxs xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya bildirilib ki, “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonu, Zahid Xəlilov küçəsində yerləşən yaşayış binasının liftində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.
Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftin qapısı açılaraq köməksiz vəziyyətdə qalan bina sakini xilas edilib.