SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib - FOTO

Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib - FOTO

  • 31 avqust 2025, 16:47
Xaçmaz

Xaçmaz şəhərində, Xaçmaz Olimpiya İdman Kompleksinin yaxınlığında yanğın baş verib.

Yurd.Media APA-ya istinadən xəbər verir ki, İdman Kompleksinin yaxınlığında, "Şollar" su kəmərinin mühafizə zolağında başlayan yanğın 3 hektar ərazini əhatə edib.

Nəticədə kol-kos, müxtəlif ağaclar yanıb. Hadisə yerinə FHN-nin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın məhdudlaşdırılıb, fərdi yaşayış evlərinə keçməsinin qarşısı alınıb.

Hazırda soyutma işləri görülür. Yanğına səbəb kimi külək nəticəsində elektrik naqilin qırılaraq otluq sahəyə düşməsi göstərilir.

Prime Leasing