SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sovet bayrağı ilə yürüş etmək istəyənlər saxlanıldı

"Sovet" bayrağı ilə yürüş etmək istəyənlər saxlanıldı

  • 26 noyabr 2025, 13:22

İlkin istintaqla bir neçə şəxsin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub.

Yurd.Media məlumatına görə, Daxili İşlər Nazirliyi əməkdaşlarının dünən gecə saatlarında keçirdikləri tədbirlərlə yürüş təşkilatçıları olan İbrahim Əsədli, Abdulla İbrahimli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıblar, barələrində cinayət işi başlanılıb.

Adıçəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb.

İstintaq tədbirləri davam etdirilir.

Prime Leasing
SPE Annual Caspian