Şəmkirdə borc üstündə yaşanan mübahisədə ana və oğlu döyülüb
Yurd.Media-nın məlumatına görə, rayonun Könüllü kəndində 1970-ci il təvəllüdlü Ş.Əhmədəova və onun oğlu, 1994-cü il təvəllüdlü G.Həmzəyev mübahisə zəminində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
Onlara tanışları tərəfindən xəsarət yetirildiyi bildirilir.
Belə ki, tərəflər arasında borc üstündə mübahisə düşüb və nəticədə ana və oğlu döyülərək xəsarətlər alıb.
Qeyd edək ki, mübahisə zamanı G.Həmzəyevə məxsus "VAZ-2106" markalı avtomobilə də zərər yetirilib.
Faktla bağlı araşdırma aparılır.
