SÜJET

Qurban bayramı Kiberdələduzluq Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış
Şəhidin qardaşı ağır qəzada həlak oldu

Şəhidin qardaşı ağır qəzada həlak oldu

  • 06 iyun 2025, 14:48
Qazax

İyunun 5-i gecə saat 03:00 radələrində Qazaxda baş verən ağır yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb.

Yurd.Media "Unikal"a istinadən xəbər verir ki, qəzada həyatını itirənlərdən biri - 2004-cü il təvəllüdlü Nəbiyev Göyüş Fəxrəddin oğlu şəhid Pərvin İsgəndərovun qardaşıdır. 

Qeyd edək ki, P.İsgəndərov 2020-ci ilin Vətən müharibəsində oktyabrın 13-də Füzuli döyüşləri zamanı şəhid olub.

Ölümündən sonra III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.

Prime Leasing