SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Qazaxda qaz sızması partlayışa səbəb oldu - VİDEO

Qazaxda qaz sızması partlayışa səbəb oldu - VİDEO

  • 06 yanvar 2026, 20:28
Qazax

Qazaxda fərdi yaşayış evində partlayış baş verib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Yurd.Media-ya bildirilib ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 50kv.m. olan fərdi yaşayış evində, ilkin ehtimala görə, qaz sızması nəticəsində yanğınla müşayiət olunmayan partlayışın baş verdiyi müəyyən olunub.

Partlayış nəticəsində evə ciddi ziyan dəyib, bir nəfər xəsarət alıb.

FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qazaxda qaz sızması partlayışa səbəb oldu - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları