SÜJET

Böyük Qayıdış Sülh gündəliyi Süni intellekt Market araşdırması Bank
Paytaxtın girişində benzinlə dolu yanacaq daşıyan maşın alovlandı - VİDEO

Paytaxtın girişində benzinlə dolu yanacaq daşıyan maşın alovlandı - VİDEO

  • 15 iyul 2026, 10:14
Bakı

Paytaxtın girişində benzinlə dolu yanacaq daşıyan maşın alovlandı.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Yurd.Media-ya bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında yanacaq daşıyan avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində qoşqusunda otuz bir ton dizel yanacağı olan “Mercedes” markalı avtomobilin kabinə hissəsində baş vermiş yanğın yanacaq çəninə keçməsinə və ağır fəsadlar törətməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin kabinə hissəsi yanıb.

Xəsarət alan olmayıb.

Avtomobilin qoşqusunda olan yanacaqla dolu yanacaq çəni yanğından mühafizə olunub.

Paytaxtın girişində benzinlə dolu yanacaq daşıyan maşın alovlandı - VİDEO
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları