SÜJET

Kiberdələduzluq Qeyri-sabit hava Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt
Nəsimidə qeyri-adi oğurluq: Mağazanın anbarına girdi, gecə saatlarınadək gözlədi

Nəsimidə qeyri-adi oğurluq: Mağazanın anbarına girdi, gecə saatlarınadək gözlədi

  • 25 iyun 2025, 17:04
Bakı

İyunun 23-də paytaxtın Nəsimi rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, naməlum şəxs üzünü gizlətmək üçün maska ilə kamuflyaj olunaraq, mağazanın anbarına girib və gizlənərək gecə saatlarına qədər orada gözləyib. Mağaza bağlandıqdan sonra isə anbardakı kassadan 34600 manat pul vəsaitini oğurlayıb.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 26 yaşlı Mehman Əliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing