SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Bank Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt
Nəhəng tikinti layihələri icraçısı “Uni Ko” yaşıllıqların məhvinə görə CƏRİMƏLƏNDİ

Nəhəng tikinti layihələri icraçısı “Uni Ko” yaşıllıqların məhvinə görə CƏRİMƏLƏNDİ

  • 05 fevral 2026, 12:16
Abşeron

“Uni KO” Qapalı Səhimdar Cəmiyyəti (QSC) ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi, zədələnməsi və ya məhv edilməsində təqsirli bilinib.

Yurd.Media-nın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı Regional ekologiya və təbii sərvətlər idarəsi tərəfindən İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci (şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə) maddəsi ilə protokol yazılıb.

Müəyyən edilib ki, “Unico” tərəfindən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 1 saylı tam orta məktəbin əsaslı təmiri və 960 nəfərlik əlavə korpusun tikintisi zamanı bəzi yaşıllıqlar məhv olunub.

Abşeron Rayon Məhkəməsinin qərarı ilə şirkət 35 min manat məbləğində cərimə edilib. Bu qərardan narazı qalan şirkətin direktoru Elçin Axundov apellyasiya şikayəti verib. O, məhkəmənin mübahisəli qərarının ləğv edilməsini, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edib. Sumqayıt Apellyasya Məhkəməsinin qərarı ilə şikayət qismən təmin edilib. QSC-nin İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Abşeron Rayon Məhkəməsinin qərarı və inzibati xəta haqqında işin baxılmağa hazırlanmasına dair qərardadı ləğv edilib. Qəbul edilmiş qərar inzibati xəta haqqında işə yenidən baxılması və araşdırılması üçün səlahiyyətli orqana, ETSN 4 saylı Regional ekologiya və təbii sərvətlər idarəsinə göndərilib.

“Unico” direktoru Elçin Axundov“Unico” direktoru Elçin Axundov

Qeyd edək ki, 2007-ci ildə qeydiyyatdan keçmiş “Uni Co” QSC ölkənin ən iri tikinti layihələrinin həyata keçirilməsində iştirak edib və bir çoxunda baş podratçı kimi çıxış edib.

Şirkət Heydər Əliyev Mərkəzi, Su İdmanı Sarayı, “British Petroleum” ofis binası, Dövlət Neft Fondunun inzibati binası, “Bona Dea” Beynəlxalq Xəstəxanası, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi, Azərbaycan Dövlət İqtisad Universitetinin 3 saylı tədris korpusu, Bakı Avropa Liseyinin yeni binası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin inzibati binası, Ağdam şəhəri 1 saylı məktəb, ADA İbtidai Məktəb Kampusu, Ağdam Xəstəxanası, İxtisaslaşdırılmış Tibb Müəssisəsi, Füzuli Kurmanqazı adına Uşaq Yaradıcılığının İnkişafı Mərkəzi, Füzuli Xəstəxanası, “Hilton Garden Inn Hotel” və başqa layihələrin icrasında iştirak edib.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları