SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Maşın çaya aşdı: Şəhid atası və müharibə iştirakçısı XƏSARƏT ALDILAR

Maşın çaya aşdı: Şəhid atası və müharibə iştirakçısı XƏSARƏT ALDILAR

  • 10 avqust 2025, 21:38
Biləsuvar

Biləsuvarda yol-nəqliyyat hadisəsi baş verib.

Yurd.Media xəbər verir ki, hadisə rayonun Bəydili kəndində qeydə alınıb.

Belə ki, Vətən müharibəsi iştirakçısı Əfsun Əhmədlinin idarə etdiyi VAZ-21099 markalı minik avtomobili idarəetmədən çıxaraq körpüdən çaya aşıb.

Hadisə zamanı avtomobildə olan şəhid atası Qəhrəman Bağırov və sürücü suda boğulmaq təhlükəsi ilə üzləşiblər və yaxınlıqda olan kənd sakinlərinin köməyilə son anda xilas ediliblər.

Q.Bağırov və sürücü müxtəlif dərəcəli xəsarətlərlə Biləsuvar Rayon Mərkəzi xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, Qəhrəman Bağırovun yeganə oğlu Hikmət Bağırov Vətən müharibəsində şəhid olub.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing