Körpünü sel yuyub aparıb, kəndin bir hissəsi ilə əlaqə kəsilib

Körpünü sel yuyub aparıb, kəndin bir hissəsi ilə əlaqə kəsilib

Quba

Quba rayonu Qamqam kəndinin bir hissəsi ilə əlaqə kəsilib. 12-13 ailə çayın sağ sahilində çarəsiz qalıblar.

"Yurd.media" xəbər verir ki, sakinlər yalnız işlərini traktorla çaydan keçməklə görə bilirlər.

Sakinlər "Xəzər TV"yə bildirir ki, şagirdlər məktəbə, xəstə insanlar isə xəstəxanaya gedə bilmirlər.

Quba rayon icra hakimiyyətindən bildirildi ki, təkcə Qamqam kəndində deyil ümumilikdə şimal bölgəsində son günlər baş verən intensiv yağıntılar nəticəsində bir sıra yaşayış məntəqələrində sel və torpağ sürüşməsi halları qeydə alınıb:

"Yaranmış vəziyyət nəzarətdə saxlanılır və zəruri istiqamətlərdə fəsadların aradan qaldırılması o cümlədən körpüylə bağlı tədbirlərin görülməsi istiqamətində işlər mərhələli şəkildə aparılır".