SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Naxçıvanda kafedə ərimiş çaydanlar, antisanitar vəziyyət - FOTO

Naxçıvanda kafedə ərimiş çaydanlar, antisanitar vəziyyət - FOTO

  • 13 avqust 2025, 22:16
Naxçıvan

Naxçıvanda kafedə ərimiş çaydanlar, antisanitar vəziyyət aşkarlanıb.

Yurd.Media xəbər verir ki, bu və digər ciddi nöqsanlar Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Naxçıvan şəhəri 57-ci məhəllədə fəaliyyət göstərən “Faytonçu” kafesində aşkar edilib.

kafedə gigiyenik qaydalara əməl edilmədiyi, alət və avadanlıqların yararsız vəziyyətdə olduğu, dezinfeksiya işlərinin aparılmadığı, temperatur rejiminə və mal qonşuluğu prinsipinə riayət edilmədiyi, işçilərin tibbi müayinələrdən keçmədiyi, tavan və döşəmənin tamlığının pozulduğu aşkarlanıb.

Aşkarlanan nöqsanların aradan qaldırılması üçün müvafiq göstərişlər verilib və çatışmazlıqlar aradan qaldırılanadək kafenin fəaliyyəti məhdudlaşdırılıb.

Prime Leasing