Gəncədə evakuator "Mersedes"lərə çırpılıb.
Yurd.Medis xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.
Hərəkətdə olan evakuator tipli yük maşını idarəetmədən çıxaraq 2 “Mercedes” markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən minik avtomobillərindən biri yoldan çıxaraq işıq dirəyini aşırıb. Avtomobillərə və elektrik təsərrüfatına ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.