Gəncədə avtomobillər toqquşub.
Yurd.Media xəbər verir ki, hadisə Gəncə şəhər Əziz Əliyev küçəsində "BMW" və "Changan" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.
Yol-nəqliyyat hadisəsi zamanı, 1975-ci il təvəllüdlü V.Hüsyenov, 1949-cu il təvəllüdlü N.Qasımov və 1968-ci il təvəllüdlü V.Həsənov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Zərərçəkənlər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, avtomobillərdən biri toqquşubmadan sonra idarəetmədən çıxaraq yol kənarındakı rabitə, elektrik və qaz xəttinə çırpılıb, komunal təsərrüfata zərər dəyib. Yaranmış problemlərin bərpası ilə bağlı işlər görülür.
Faktla bağlı araşdırma aparılır.

