Gəncədə ötən gün arvadını bıçaqlayan şəxs saxlanılıb.
Yurd.Media xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S. Hətəmliyə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən həyat yoldaşı, 29 yaşlı Sənan Hətəmli saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü qadın mübahisə zəminində bıçaq xəsarəti alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.