SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Qeyri-sabit hava Süni intellekt Böyük Qayıdış
Avropaya getmək üçün Azərbaycan sərhədini pozanlar saxlanıldı

Avropaya getmək üçün Azərbaycan sərhədini pozanlar saxlanıldı

  • 14 may 2025, 12:08
Lənkəran

Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində Azərbaycan sərhədini pozmağa cəhd göstərən 2 sərhəd pozucusu saxlanılıb. Bu barədə Yurd.Media-ya Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları Komandanlığının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində Yəmən Respublikası vətəndaşı – 1986-cı il təvəllüdlü Baidaha Moqbel Abdulrazzaq, mayın 9-da isə “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Mərakeş Krallığı vətəndaşı – 1990-cı il təvəllüdlü Touijar Mohamed dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıblar. Araşdırma nəticəsində saxlanılan şəxslərin Azərbaycan ərazisindən tranzit keçməklə qanunsuz yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.