SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Binəqədidə 43 yaşlı şəxs oğurluq etdiyi evi yandırıb

Binəqədidə 43 yaşlı şəxs oğurluq etdiyi evi yandırıb

  • 09 avqust 2025, 17:32

Binəqədi rayonunda oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Yurd.Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, rayon ərazisində yerləşən evlərin birindən 4800 dollar, 600 avro pul, 5 ədəd qol saatı və qızıl-zinət əşyaları naməlum şəxs tərəfindən oğurlanıb.

Daha sonra həmin şəxs evdə yanğın törədərək hadisə yerindən qaçıb.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 43 yaşlı H.Hüseynov müəyyən edilərək saxlanılıb.

Prime Leasing