SÜJET

Qeyri-sabit hava Süni intellekt Kiberdələduzluq Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi
Binədə hər yağışdan sonra eyni mənzərə: Küçə su altında qalır

Binədə hər yağışdan sonra eyni mənzərə: Küçə su altında qalır

Bakı

Bakının Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Əli İsazadə küçəsi ötən gün yağan intensiv yağışdan sonra keçilməz hala düşüb.

Yurd.Media Xəzər TV-yə istinadən məlumat verir ki, yağıntı səngisə də, küçədə yaranan problem hələ də qalır.

Sakinlər bildiriblər ki, hər dəfə yağış yağanda eyni vəziyyətlə üzləşirlər və dəfələrlə edilən müraciətlərə baxmayaraq, məsələ hələ də həll olunmayıb.

Xəzər Rayon İcra Hakimiyyətindən qeyd olunub ki, intensiv yağıntılar zamanı küçənin bəzi hissələrində subasma halları müşahidə olunur. Bu səbəbdən Dövlət Su Ehtiyatları Agentliyinə rəsmi məktub göndərilib.

Cavab məktubunda bildirilib ki, Binə qəsəbəsi ərazisində kanalizasiya sisteminin qurulması üçün layihə sənədləri hazırlanıb. Tikinti-quraşdırma işləri dövlət investisiya proqramı çərçivəsində mərhələli şəkildə həyata keçiriləcək.

Ətraflı süjetdə: