SÜJET

Ağ Evdə 8 avqust görüşləri Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Böyük Qayıdış Kiberdələduzluq
Biləsuvardakı qəzada bu il doğulan qız uşağı həyatını itirib - FOTO - YENİLƏNİB

Biləsuvardakı qəzada bu il doğulan qız uşağı həyatını itirib - FOTO - YENİLƏNİB

  • 11 avqust 2025, 23:13

Biləsuvarda baş verən qəzada 2025-ci il təvəllüdlü qız uşağının həkiməqədər ölüm faktı qeydə alınıb.

Yurd.Media xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Avqustun 11-də saat 19 radələrində Biləsuvar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 3 nəfər (2-si qadın, 1-i kişi) Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub".

Bildirilib ki, 1961, 1975, 1996-cı il təvəllüdlü şəxslərə bədənin müxtəlif nahiyələrinin əziyi, sınığı və küt travmaları diaqnozları təyin olunub.

"1961 və 1975-ci il təvəlüdlü şəxslərə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar. Vəziyyəti orta ağır qiymətləndirilən 1996-ci il təvəlüdlü şəxsin müalicəsi isə Cərrahiyyə şöbəsində davam etdirilir", - məlumatda deyilir.

Qeyd edək ki, hadisə yerində ölən atanın meyiti aidiyyəti üzrə təhvil verilib.


*** 21:03

Biləsuvarda "Mercedes"lə "VAZ" toqquşub, iki nəfər ölüb.

Yurd.Media xəbər verir ki, hadisə köhnə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Hadisə zamanı "Mercedes" markalı minik avtomobili ilə "VAZ-2115" markalı nəqliyyat vasitəsi toqquşub.

İlkin məlumata görə, qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Prime Leasing