Yeni ilin ilk günündə Bakıda bıçaqlanma hadisəsi baş verib.
Yurd.Media News24.az-a istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.
Ərazidə yerləşən "Purple Karaoke" restoranında müştərilər arasında yaranan mübahisə qısa zamanda davaya çevrilib. 36 yaşlı H.Məcidov münaqişə zəminində paytaxt sakini 32 yaşlı Emil Rəcəbliyə bıçaqla xəsarət yetirib. E.Rəcəbli xəstəxanaya aparılarkən yolda ölüb. H.Məcidov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təqdim edilib.
Qeyd edək ki, qətlə yetirilən E.Rəcəbli sözügedən restoranda administrator vəzifəsində çalışıb.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bıçaqlanma nəticəsində ölən Emil Rəcəblinin fotosunu təqdim edirik:
