SÜJET

Böyük Qayıdış Bank Süni intellekt Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq
Bakıda yanğın: Ölən var

Bakıda yanğın: Ölən var

  • 11 noyabr 2025, 20:29
Bakı

Bakı şəhərinin Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

FHN-dən Yurd.Media-ya bildirilib ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Prime Leasing
SPE Annual Caspian