Bakıda liseyin müəllimi VƏFAT ETDİ

Bakıda liseyin müəllimi VƏFAT ETDİ

  • 16 aprel 2025, 21:39

Bakı Dövlət Universitetinin (BDU) nəzdində "Gənc istedadlar" liseyinin təsviri incəsənət müəllimi Xalidə Musayeva uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.

Yurd.Media xəbər verir ki, Xalidə Musayeva 1964-cü il aprelin 18-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1984-1989-cu illərdə Azərbaycan Dovlət İncəsənət İnstitutunun Dekorativ tətbiqi sənət fakültəsində "Xalçaçılıq" ixtisası üzrə təhsil alıb, görkəmli Xalq rəssamı Lətif Kərimovun tələbəsi olub.

1989-cu ildə rəssam kimi peşəkar fəaliyyətinə Xalq rəssamı Eldar Mikayılzadənin yaratdığı Bakı Kooperativ "Xal" Şirkətinə rəssam vəzifəsinə təyin olunmaqla başlayıb. 1989-1993-cü illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət şöbəsində işləyib. 1993-2000-ci illərdə Bakı Sənaye Texnoloji Texnikumunda dekorativ-tətbiqi sənət müəllimi, 2000-2001-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Rəsm kafedrasında rəsm müəllimi vəzifələrində çalışıb. 2012-ci ildə baș müəllim vəzifəsinə təyin olunub. 2016-cı ildən BDU-nun nəzdində "Gənc istedadlar" liseyində Təsviri incəsənət müəllimi vəzifəsinə təyin olunub.

Xalidə Musayeva 36 illik rəssamlıq va pedaqoji fəaliyyəti boyu yüzlərlə istedadlı tələbə, şagird və rəssam yetişdirib.