SÜJET

Bank Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Bakıda iki otaqlı evdə yanğın oldu

Bakıda iki otaqlı evdə yanğın oldu

  • 28 avqust 2025, 09:49

Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli, 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yurd.Media-ya verilən xəbərə görə, yüksək temperaturdan dəhlizin tavanı 20 m² sahədə qarsalanıb və 1 ədəd məişət avadanlığı əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Prime Leasing