SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Astaranın 3 kəndini birləşdirən körpünü sel aparıb

Astaranın 3 kəndini birləşdirən körpünü sel aparıb

  • 03 oktyabr 2025, 10:42
Astara

Astaranın 3 kəndini birləşdirən körpünü sel aparıb.

Yurd.Media xəbər verir ki, rayonunun Sərək kəndində sel suları 30 il bundan əvvəl vətəndaşlar tərəfindən kustar üsulla salınan körpünü dağıdıb, əsasən kiçik avtomobillərin və piyadaların keçidi üçün nəzərdə tutulan körpü tam yararsız hala düşüb.

 Sel suları əsasən, körpünün torpaq qatını yuyub, üst hissəsini tamamilə dağıdıb və körpü çöküb.

Sakinlər bildiriblər ki, körpü qısa müddətdə təmir olunmasa, kəndlərin rayonla əlaqəsi tamamilə kəsiləcək.

Bələdiyyə sədri Mehman Quliyev APA-ya deyib ki, qəzalı körpü 3 kəndi - Sərək, Deqadi və Səlivə kəndlərini birləşdirir və təqribən 600 təsərrüfat, 2500-ə yaxın sakin körpüdən istifadə edir. Əraziyə müvafiq qurumlar tərəfindən baxış keçirilib, qısa müddətdə körpü əvvəlki vəziyyətinə qaytarılaraq əhalinin istifadəsinə veriləcək.

Qeyd edək ki, sözügedən körpünün eni təqribən 5 metr, uzunluğu isə 20 metr təşkil edir.

Prime Leasing