SÜJET

Böyük Qayıdış Süni intellekt Kiberdələduzluq Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi
Ana 14 yaşlı qızını pul qarşılığında kişilərlə görüşdürür? - İDDİA

Ana 14 yaşlı qızını pul qarşılığında kişilərlə görüşdürür? - İDDİA

  • 09 aprel 2025, 21:33

Sosial şəbəkədə 14 yaşlı qızın anası tərəfindən pul qarşılığınıda kişilərlə görüşdürülməsinə dair görüntülər yayılıb.

Yurd.Media Oxu.Az-a istinadən xəbər verir ki, sosial şəbəkədə bir qadının azyaşlı qızını pul qarşılığında digər şəxslərlə görüşdürməsi barədə yayılmış məlumatlarla əlaqədar polis əməkdaşları tərəfindən araşdırma aparılıb və hər iki şəxs müvafiq polis orqanına gətirilib.

Aparılan araşdırma zamanı azyaşlı qızın izahatı alınıb, sosial şəbəkədə qeyd olunan məlumatların həqiqətə uyğun olmaması müəyyən edilib.

Həmçinin anası da yayılan görüntülərin 3 il bundan əvvəl keçmiş həyat yoldaşı tərəfindən çəkilməsini qeyd edib.

Hazırda azyaşlı qıza qarşı cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər edilməsi ilə bağlı istintaq araşdırması aparılır.