SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Ağdərədə mal-qara otaran şəxs minaya düşdü

Ağdərədə mal-qara otaran şəxs minaya düşdü

  • 03 dekabr 2025, 21:47

Ağdərə rayonunda mal-qara otaran şəxs minaya düşdü.

Yurd.Media xəbər verir ki, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətlərinin birgə məlumatında deyilir ki, 1970-cı il təvəllüdlü Ağdərə rayonunun Şıxarx kənd sakini Pənahəliyev Nazim Kamran oğlu minalardan təmizlənməmiş ərazidə mal-qara otararkən piyada əleyhinə mina partlayışı nəticəsində sağ ayağından xəsarət alıb.

Xəsarət alan şəxs rayon xəstəxanasına təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

"ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır", birgə məlumatda deyilir.

Xəsarət alan şəxs Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Onun sağ ayağının amputasiya edildiyi bildirilir.

Prime Leasing
SPE Annual Caspian