Azərbaycanda bir gündə 4 intihar hadisəsi

Azərbaycanda bir gündə 4 intihar hadisəsi

  • 03 may 2025, 13:47

Ötən gün Azərbaycanda dörd nəfər intihar edib.

Yurd.Media Teleqraf-a istinadən xəbər verir ki, hadisələrdən biri Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş verib.

Mayın 2-də 1969-cu il təvəllüdlü Vəsilə Murtuz qızı Salahova yaşadığı Şüvəlan qəsəbəsindəki evdə özünə qəsd edib.

Həmin gün Abşeron rayonunun Digah kəndində 1988-ci ildə anadan olmuş Əlibaxış Gülrza oğlu Ağayevevinin həyətində özünü öldürüb.

Digər hadisə Quba rayonunun Qalayxudat kəndində qeydə alınıb. 1989-cu il təvəllüdlü Ədalət Gülməddin oğlu Sultanov yaşadığı evin həyətində intihar edib.

Qəbələ şəhəri Z.Əliyeva küçəsində yaşayan 1988-ci ildə təvəllüdlü Anar Vahiz oğlu Zamanov da mayın 2-də özünə qəsd edib.

İntihar faktları ilə bağlı rayon prokurorluqlarında araşdırma aparılır.