SÜJET

Qeyri-sabit hava Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Süni intellekt Böyük Qayıdış
Melissa Groupun rəhbəri həbsdən buraxıldı

"Melissa Group"un rəhbəri həbsdən buraxıldı

  • 14 may 2025, 12:59
Bakı

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov ev dustaqlığına buraxılıb.

Yurd.Media xəbər verir ki, bu barədə "Qafqazinfo”ya etibarlı mənbədən məlumat daxil olub. Məlumata görə, Qalib Məmmədov barəsindəki həbs qərarı ötən həftə dəyişdirilib. Onun istintaqı ev dustaqlığı şəraitində davam edəcək.

Xatırladaq ki, Q. Məmmədov martın 28-i Yasamal rayonunda söküntü işi ilə əlaqədər cinayət işi çərçivəsində saxlanılmış, bir gün sonra isə barəsində həbs qətimkan tədbiri seçilmişdi.