SÜJET

Rusiyada azərbaycanlılara qarşı vəhşilik Erməni hərbi cinayətkarların məhkəməsi Kiberdələduzluq Böyük Qayıdış Süni intellekt
Yaşıllıqlar kəsilib, təbiətə 70 min manata qədər ziyan dəyib

Yaşıllıqlar kəsilib, təbiətə 70 min manata qədər ziyan dəyib

  • 11 iyul 2025, 17:54

Son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri, Lənkəran və Xaçmaz rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

Yurd.Media xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Nərimanov rayonu Şəmsi Rəhimov küçəsində, Nizami rayonu Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, Sumqayıt şəhəri Bulvar küçəsində, Lənkəran rayonu Sinovlu kəndi və Xaçmaz rayonu Çiləgir kəndi ərazisində ağac və kolların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara ümumilikdə 68 490 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi məqsədilə toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Prime Leasing