SÜJET

WUF13 Bank Böyük Qayıdış Market araşdırması Sülh gündəliyi
Yağış bu tarixdə intensivləşəcək - PROQNOZ

Yağış bu tarixdə intensivləşəcək - PROQNOZ

  • 29 may 2026, 18:34

Azərbaycanda yağışın intensivləşəcəyi günlər açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Yurd.Media-ya bildirilib ki, Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları