SÜJET
"Bu gün günorta saatlarından başlayaraq ölkə ərazisində yağıntılar tədricən kəsəcək".
Yurd.Media-nın məlumatına görə, bunu Teleqraf-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Bir neçə gündür ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensivdir. Mayın 7-si gündüz saatlarından yağıntılar tədricən kəsəcək. 8-dən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Lakin gündüz saatlarında şimal və qərb rayonlarında yağıntı olacağı, şimşək çaxacağı gözlənilir.
Ayın 9-dan əksər rayonlarda yağmursuz hava şəraiti müşahidə olunasa da gündüz saatlarında şimal və qərb rayonlarında yağıntı olacaq, şimşək çaxacaq.
Havanın temperaturu Aran rayonlarında yaxın günlər ərzində 25-30 dərəcəyə qədər yüksələcək”.
Gülşad Məmmədova Bakıda və Abşeron yarımadasında mayın 8-i və 9-da havanın yağmursuz keçəcəyini söyləyib:
“Mülayim cənub küləyi əsəcək. Havanın temperatur günorta saatlarında 24-29 dərəcə isti olacaq. Yaxın iki gün ərzində havanın temperaturu bu günlərlə müqayisədə tədricən yüksələrək günorta saatlarında Bakıda və Abşeron yarımadasında 24-29, Aran rayonlarında 26-30, dağlıq rayonlarında isə 15-20 dərəcə isti olacaq”.