Tovuzda sel ciddi fəsadlar törədib.
Yurd.Media APA-ya istinadən xəbər verir ki, güclü yağışdan sonra rayonun Əsrik kəndinə sel gəlib.
Nəticədə kənd sakini M.Abulova məxsus evin hasarı uçub və ev sahibinə məxsus "VAZ 2107" markalı minik avtomobili hasarın altında qalıb.
Bundan başqa sel suları kəndin yoluna ciddi ziyan vurub və nəticədə yol keçilməz hala düşüb. Bundan başqa kənddə bir neçə evin həyətyanı sahəsini sel basıb.
Hazırda qərb bölgəsində qeyri sabit hava şəraiti hökm sürür.